Gürcüstanda məcburi müddətli xidmətə çağırışla bağlı yeni qaydalar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir və artıq çağırışçılar yalnız “Milli müddətli hərbi xidmət” adlandırılacaq hərbi xidmətə göndəriləcək.
Bakıvaxtı.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, çağırış hərbi qeydiyyatda olan 18-27 yaş arası şəxslərin siyahısından yanvarın 31-nə qədər təsadüfi seçim əsasında həyata keçiriləcək.
Gürcüstanda müddətli xidmət ödənişli olmaqla məzuniyyət və istirahət günlərindən ibarət olacaq. Çağırışçı özü üçün üç xidmət variantından birini seçə bilər: döyüş bölməsində xidmət - 6 ay; mühafizə və təminat bölmələrində xidmət - 8 ay; kiçik komandir rütbəsi və müəyyən ixtisas üzrə xidmət - 11 ay.
Çağırış il ərzində mərhələli şəkildə həyata keçiriləcək. Belə ki, döyüş bölməsində xidmətə çağırış 15 aprel tarixindən başlayacaq.
Mühafizə və təminat bölmələrində xidmətə çağırış dörd mərhələdə həyata keçiriləcək: 15 mart, 1 iyun, 15 avqust və 1 noyabr tarixlərində.
Kiçik komandir rütbəsi və müəyyən ixtisas üzrə çağırış isə oktyabrın 15-də başlayacaq.