Donald Tramp Ağ Evdə imzalanma mərasimindən sonra mətbuat mənsublarının aktual məsələlərlə bağlı suallarını cavablandırıb.
Bakıvaxtı.az bu barədə Ağ Evin "X" səhifəsindəki məlumatına istinadla xəbər verir.
Misir və İordaniyanın Qəzzalıları ölkələrinə qəbul etməyəcəkləri ilə bağlı açıqlamaları xatırladılan Tramp bildirb:
"Biz onlar üçün çox şey etdik, onlar da bunu edəcəklər".
Qeyd edək ki, mövzu ilə bağlı əvvəlki açıqlamalarında Tramp Qəzzada ciddi dağıntıların olduğunu, fələstinlilərin Misir və İordaniyaya yerləşdirilə biləcəyini irəli sürüb.
Əli Hüseynov