• Bakı C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

Netanyahu hərbi katibini Moskvaya göndərdi

DÜNYA

02 Mart 2025 | 00:17

Netanyahu hərbi katibini Moskvaya göndərdi

İsrailin baş nazir Benyamin Netanyahu özünün hərbi katibi general-mayor Roman Hoffmanı təhlükəsizlik məsələləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı bir sıra görüşlər keçirmək üçün Moskvaya göndərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin "Ynet" xəbər portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Hoffmanın səfəri hərəkətlərin əlaqələndirilməsi və İsrailin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. Bundan əlavə, İsrail tərəfi Qəzza zolağında saxlanılan israilli girovların, o cümlədən Rusiya vətəndaşının oğlu Maksim Xarkinin azad edilməsini sürətləndirmək üçün HƏMAS hərəkatına təzyiq göstərmək üçün Rusiyadan vasitəçiliyə müraciət etmək niyyətindədir.


SON XƏBƏRLƏR

02 Mart 2025
01 Mart 2025