• Bakı C

    8.77 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

Tramp KQB agenti imiş: Kod adı bu olub - İDDİA

DÜNYA

02 Mart 2025 | 09:40

Tramp KQB agenti imiş: Kod adı bu olub - İDDİA

Fransanın həftəlik xəbər jurnalı "Le Point" bu həftə üz qabığında ABŞ prezidenti Donald Trampa yer verib.

Bakıvaxtı.az xəbər verir ki, "Moskvanın adamı" başlıqlı 15 səhifəlik xəbərdə Trampın Moskva ilə münasibətləri diqqət mərkəzində saxlanılıb.

Xəbərdə 1980-ci illərdə KQB üçün işlədiyi iddiası ilə Trampın əlaqələri gündəmə gətirilib.

İddianı irəli sürən şəxs 1990-cı illərin əvvəllərində KQB agenti işlədikdən sonra Fransaya sığınan Sergey Jirnovdur. Jirnov iddiasını KQB-nın 6-cı şöbəsinin keçmiş əməkdaşı Elnur Musayevlə də əsaslandırıb.

Qazaxıstan Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Musayevin sözlərinə görə, KQB Trampı "Krasnov" kod adı ilə işə götürüb. Həmçinin KQB-nin 6-cı şöbəsinin ən mühüm iş sahəsi zəngin Qərb iş adamları arasında casuslar və məlumat mənbələri əldə etmək olub. /Publika.az


SON XƏBƏRLƏR

02 Mart 2025
01 Mart 2025