İsrailin Qəzza zolağında hərbi əməliyyatları bərpa etməsindən sonra 320-dən çox fələstinli uşaq həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı BMT-nin Uşaq Fonduna (UNICEF) istinadən məlumat yayıb.
UNICEF-in məlumatına görə, İsrailin Qəzzaya hücumlarını yenidən başlamasından bəri azı 322 uşaq öldürülüb.
Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək, anklavı kütləvi zərbələrə məruz qoyub. Bununla da bu ilin yanvarında qüvvəyə minmiş atəşkəs rejimini pozub. İsrail Baş naziri Benyamin Netanyahunun ofisi bunu HƏMAS-ın vasitəçilər və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff tərəfindən danışıqlarda irəli sürülən təklifləri rədd etməsi ilə izah edib və əməliyyatın məqsədinin bütün girovların azad edilməsi olduğunu bildirib.