• Bakı 28° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

ABŞ vasitəçiliyi bitdi: Türkiyə meydana girir

DÜNYA

02 Mart 2025 | 10:17 | Müəllif: Subhan Mahmudov

ABŞ vasitəçiliyi bitdi: Türkiyə meydana girir

Avropa liderlərinin martın 2-də Londonda baş tutacaq görüşündə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın Ukrayna ilə Rusiya arasında sülh danışıqları ilə bağlı təklifini təsdiq edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Röyters” agentliyinə türkiyəli diplomat bildirib.

Agentlik xatırladıb ki, Türkiyə 2022-ci ildə Ukrayna ilə Rusiya arasında ilk danışıqlara ev sahibliyi edib. Ankara taxıl yüklərinin Qara dənizdən təhlükəsiz keçməsinə dair sazişin bağlanmasına da kömək edib.

Mənbə qeyd edib ki, Fidan bu gün Avropa liderlərinə Türkiyənin “ədalətli və davamlı sülh” tapmaq səyləri barədə məlumat verəcək, həmçinin Ankaranın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sadiqliyini təsdiq edəcək.

Mənbənin sözlərinə görə, Fidan Türkiyənin gələcək danışıqlarda mühüm rol almağa hazır olduğunu vurğulayacaq. O, həmçinin bəyan edəcək ki, danışıqlar zamanı bütün tərəflər birgə əsas diqqəti güclü regional təhlükəsizlik və sabitliyə, o cümlədən iqtisadi rifaha yönəltməlidir./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026