Çin Ordusu Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlərə başlayıb.
Bakıvaxtı.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə məlumatı Ordunun Mətbuat Xidməti yayıb.
Bildirilib ki, bu addım regionda separatizm meyllərinin gücləndirilməsinə, eləcə də Tayvanın Çin sahillərinə hərbi gəmilər göndərməsinə cavab xarakteri daşıyır.
Məlumatda həmçinin Tayvana rəhbərlik edən Lay Çin-Tenin ünvanına “parazit” ifadəsi işlədilib.
Həmçinin o da qeyd edilib ki, rəsmi Pekin regionda sabitliyin təminatı üçün güc tətbiqi variantından heç vaxt imtina etməyəcək.