• Bakı C

    8.77 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

Məsciddə namaz zamanı qaz sızdı - 16 nəfər zəhərləndi

DÜNYA

02 Mart 2025 | 09:07

Məsciddə namaz zamanı qaz sızdı - 16 nəfər zəhərləndi

Türkiyənin paytaxtı Ankaranın Keçiören rayonunda məscidin istilik sistemində qaz sızması nəticəsində zərər çəkən 16 nəfər xəstəxanaya aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, məsciddə təravih namazı (Ramazan ayında qılınan gecə namazı - red) qılınarkən ibadət edənlərin bəzilərinin səhhətində problem yaranıb.

Hadisə yerinə təcili yardım, xilasetmə xidməti, polis əməkdaşları cəlb edilib.

Araşdırma zamanı məscidin qadınların ibadəti üçün nəzərdə tutulan hissəsində karbonmonoksit qazının sızması aşkarlanıb. Zərər çəkənlər təcili yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb./report


SON XƏBƏRLƏR

02 Mart 2025
01 Mart 2025