• Bakı C

    13.78 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.7347

Azərbaycanda qatarda yanğın - 4 nəfər tüstüdən...

HADİSƏ

06 Fevral 2025 | 23:56

Azərbaycanda qatarda yanğın - 4 nəfər tüstüdən...

Hacıqabulda qatarda yanğın olub, 4 nəfər tüstüdən zəhərlənib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayon ərazisindən keçən qatarların birində qeydə alınıb.

İlkin məlumata görə, qatarın kömür qutularının qızışması zamanı tüstü ilə müşahidə olunan yanğın baş verib. Yanğın dərhal söndürülsə də, dörd nəfər Hacıqabul sakini, 2000-ci il təvəllüdlü Yaqubov İlqar Mərhəmət oğlu, 1987-ci il təvəllüdlü Həsənov Emin Bəxtiyar oğlu, 1995-ci il təvəllüdlü Əkbərov Əkbər Teymur oğlu və 1972-ci il təvəllüdlü Qədirov Mübariz Xanbaba oğlu tüstüdən zəhərləniblər.

Zərərçəkənlər Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır./report


SON XƏBƏRLƏR

06 Fevral 2025