Hacıqabulun Abulyan kəndində ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı ikiyə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, xəsarət alan 3 nəfərdən biri - Abdulabad kənd sakini, 2010-cu il təvəllüdlü Əliyar Şirəliyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, qəza zamanı bir nəfər hadisə yerində ölüb, xəsarət alan 2 nəfər Şirəliyev Rafail Əlzamin oğlu və Abışov Pənah Şamo oğlu isə Şirvan Şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər görüblər.
Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.