• Bakı C

    12.25 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

“Hadisə Fazil Mustafanın kiçik qızının gözü önündə baş verib” - AÇIQLAMA

CƏMİYYƏT

29 Mart 2023 | 00:38

“Hadisə Fazil Mustafanın kiçik qızının gözü önündə baş verib” - AÇIQLAMA

“Fazil Mustafa qarajın qapısını açıb həyətə girmək istəyəndə cinayətkar evin sağ tərəfində yerləşən daş hasarın arxasında gizlənərək gözləyib”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri musavat.com-a açıqlamasında millət vəkili Fazil Mustafanın yaxın dostlarından biri deyib.

O bildirib ki, hadisəni törətmiş şəxs hasarın arxasından deputata atəş açmağa başlayıb:

“Cinayətkarın atəş açmasında məqsəd Fazil Mustafanı öldürmək olub. Deputat cəld tərpənərək yenidən maşına minib və tez qapını örtüb. Nəticədə o, çiynindən və ayağından 2 güllə yarası alıb, həmçinin avtomobilə ciddi zərər dəyib”.

Deputatın dostunun sözlərinə görə, hadisə Fazil Mustafanın kiçik qızının gözü önündə baş verib.


SON XƏBƏRLƏR