• Bakı 19° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Hadisə Rza Zərraba görə məhkəməyə üz tutdu

MƏDƏNİYYƏT

01 Iyun 2023 | 12:09

Hadisə Rza Zərraba görə məhkəməyə üz tutdu

Türkiyəli müğənni Hadisə Bircan Bali, Arto ləqəbi ilə tanınan Harutyan Dalqa və Seren Serengilə təzminat davası açıb.

Bakıvaxtı.az türk mediasına istinadən xəbər verir ki, buna səbəb adıçəkilən şəxslərin “Söyləməsəm, olmaz” proqramında Hadisənin Rza Zərrabla arasında sevgi münasibətlərinin olduğunu iddia etmələri olub. Onlar bu mövzuda əllərində dəlillərin olduğunu iddia ediblər.

Müğənni cəmiyyət və ailə qarşısında nüfuzuna xələl gəlməsinə dair qarşı tərəfdən 50 min TL təzminat tələb edib.

Sənətçinin vəkili Erol Müəzzinoğlu məhkəmədə çıxış edərək bildirib ki, Türkiyədə bir pop ulduzu milli kanalda hər gün şantaj və təhdidlərə məruz qalır.

Xəyalə Rza


SON XƏBƏRLƏR

08 May 2025