• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Türkan Vəlizadə dostlarından GİLEYLƏNDİ

MƏDƏNİYYƏT

30 Iyun 2023 | 10:04

Türkan Vəlizadə dostlarından GİLEYLƏNDİ

Müğənni Türkan Vəlizadə güvəndiyi dostlarından, yaxınlarından gileylənib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, qatıldığı verilişlərin birində deyib.

Müğənni bəzi adamları artıq yaxınına buraxmaq istəmədiyini açıqlayıb: "O qədər insanlara inanmışam ki, özümə arxa bilmişəm, dost bilmişəm. İndi ən çox qorxduğum odur ki, kimisə yaxınıma buraxmaq istəmirəm. Çünki, cəzasını özüm çəkdim. Onların etdikləri səhflərə görə, mən cəza çəkdim. Artıq yanıma buraxmıram".

Müğənni sonda qeyd edib ki, yaşadığı hər şeydən razıdır: "Mən pis günümə də şükür oxuyan xanım olmuşam. Ona görə də indi Allah nə versə qəbulumdur. Ailəm üçün özüm üçün gələcəyim üçün çalışıram. Hər şeyə çox şükür edirəm".

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026