• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Puqaçovanın vəziyyəti pisləşdi

MƏDƏNİYYƏT

28 Iyul 2023 | 22:26 | Müəllif: Subhan Mahmudov

Puqaçovanın vəziyyəti pisləşdi

Məşhur müğənni Alla Puqaçovanın səhhəti yaxşı deyil.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “7days.ru” saytı məlumat yayıb.

Bildirilir ki, müğənni iyulun ortalarında İsraildən Latviyanın Yurmala şəhərinə gəldikdən sonra ictimaiyyət qarşısına çıxmayıb. Rəfiqəsi Layima Vaykulenin Yurmaladakı açıq festivalına qatılmayanda Puqaçovanın xəstə olduğu şübhəsi yayılmışdı.

Nəşr qeyd edir ki, Maksim Qalkin turunu dayandırmaq məcburiyyətində qalıb və qızı isə Avropa tətilini yarımçıq qoyaraq uşaqları ilə birlikdə Yurmaladakı villaya gəlib.

Ehtimal olunur ki, Puqaçova İsraildən gələrkən uçuşu yaxşı keçməyib və ürəyindəki problemlər ağırlaşıb. Onun hətta yataqdan qalxa bilmədiyi iddia edilir./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026