Türkiyəli məşhur müğənni Demet Akalın ötən gecə qəza keçirib.
Bakıvaxtı.az türk mətbuatına istinadla xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşım edib.
Məlumata görə, müğənninin gəmisi estakadaya çırpılıb.
Sənətçi qəza nəticəsində alnından yüngül xəsarət alıb.
"Veriləcək nəzirimiz var. Necə oldu mən ordan sağ çıxdım? Allah qorudu. Saniyələr içində batdı. Şükür hər kəs yaxşıdır",-deyə Demet Akalın qeyd edib.
Xəyalə Rza

















