• Bakı 21° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Ayrıldıq...- Məşhur müğənni keçmiş sevgilisindən DANIŞDI

MƏDƏNİYYƏT

21 Sentyabr 2023 | 12:52

Ayrıldıq...- Məşhur müğənni keçmiş sevgilisindən DANIŞDI

Yaxın keçmişdə sevgilisi, idmançı Atakan İşıktutanla ayrılan İrəm Dərici yeni açıqlaması ilə gündəmə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, müğənni işi ilə əlaqədar sevgilisindən ayrılmaq məcburiyyətində qalıb. "Münasibət birlikdə vaxt keçirmək deməkdir. O, çox çalışır, mən də. Ardıcıl 4 konsertdən sonra sevdiyin kişiyə vaxt ayıra bilmirsən. Çünki, yorğunluqdan əlim-ayağım tutmur. Adətən mənim münasibətlərim dava və səs-küylə bitir. Bu dəfə işlər çirkinləşmədən və bir-birimizə hirslənmədən ayrılmaq qərarına gəldik. O, mənim üçün çox dəyərlidir”,-deyə müğənni bildirib.

Qeyd edək ki, İrəm Atakandan 7 yaş böyük olmasına baxmayaraq, ikili sosial şəbəkədə sıx-sıx paylaşımları ilə diqqət çəkirdilər. Evlənəcəkləri düşünülən cütlük hətta bir-birinin valideynləri ilə tanış olmuşdular.

Xəyalə Rza


SON XƏBƏRLƏR

08 May 2025