Meqastar Tarkan sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.
Bakıvaxtı.az xəbər verir ki, "X" hesabında Qəzza bölgəsində bombalanan xəstəxana ilə bağlı sərt fikirlər yazıb.
Bu hadisəni vəhşilik adlandıran Tarkan, dünyanı susmamağa səsləyib.
"İsrailin dünən Qəzzada bombaladığı xəstəxanada günahsız dinc insanları hədəf alması, uşaq və qadınları öldürməsi qəbuledilməzdir. Bu, təkcə müharibə cinayəti deyil, insanlığa qarşı cinayət və utancdır. Bu vəhşiliyi və zülmü dayandırmaq üçün bütün dünya , bütün bəşəriyyət ayağa qalxmalı və təcili hərəkətə keçməlidir”,-deyə Tarkan vurğulayıb.
Xəyalə Rza


jpg-1697618940.jpg)














