“Cəhənnəm ol, otur yerində də. Bir dəfə səni mismarladım divara, indi yenə də başlamısan”.
Bakıvaxtı.azxəbər verir ki, bu sözləri müğənni Təranə Qumral ad çəkmədən həmkarı Nazənin Salayeva haqqında deyib.
Müğənni düşmən kəsildiyi həmkarı Nazənin Salayevanın bir neçə gün əvvəl "52 minlik geyim geyinir, amma sürdüyü maşının qiyməti 15 mindir" sözlərinə sərt şəkildə cavab verib: "Həmin şəxs paltarlarıma baxıb geyinməyi öyrənir. Geyinmək istəyir. Ayaqqabımı geyinmək istəsə də, yeriyişimi təkrarlaya bilməz. Get, özünə güzgüdə bax, gör nəyə oxşayırsan. Sən gözəlliyimə fikir ver. Gözəlliyimi qoyub geyimlərimdən, 52 minlik saatımdan danışmaq sənə düşməz. Əsas odur ki, geyimimlə gözəl görsənirəm. Saatım lap bijuteriyadır, özümə, gözəlliyimə fikir verirəm. Ağzımı, gözümü dartdırıb yuxarı başa qoymuram. Get, çəp gözünlə yaxşı bax mənə. Gözlərin zəif görür".
Qeyd edək ki, Nazənin bir neçə ay öncə “Həmin Zaur” verilişi vasitəsi ilə estetik əməliyyat olunub. Onun yeni imici izləyicilər tərəfindən bəyənilməmişdi.
Ziyafət Əlisoy












jpeg-1702633190.webp)



