• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

"Özümü tanıyandan bir böyük arzum olub..."- Eldar Ələkbərov

MƏDƏNİYYƏT-ŞOU

22 Sentyabr 2023 | 10:34

Özümü tanıyandan bir böyük arzum olub...- Eldar Ələkbərov

Tanınmış müğənni Eldar Ələkbərov ən böyük arzusundan danışıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Eldar Ələkbərov son günlər Ermənistan-Azərbaycan arasında yaşanan olaylardan söz açıb.

"Ordumuza can sağlığı arzulayıram, şəhidlərimizin ruhu qarşısında baş əyirəm, qazilərimizə can sağlığı arzulayıram. Bu gün bizim üçün bayramdır” deyən müğənni qeyd edib ki, yaşadığı kəndlə sərhəd arasında heç bir kilometr məsafə yoxdur.

“Mən özümü tanıyandan həyatda bir böyük arzum olub. O da torpaqlarımıza qovuşmaq... Şükür bu günə", - deyə E.Ələkbərov bildirib.

Qeyd edək ki, E.Ələkbərovun da yaxınlarından da II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalanlar var: "Mənim də yaxınlarımdan onlarla şəhid olanlar var. Vətən ana-bacı namusudur. Ali Baş Komandamız başda olmaqla onun ətrafında çalışan hər kəsə uzun ömür və ancaq irəli getməklərini arzulayıram".

Xəyalə Rza


SON XƏBƏRLƏR

26 Iyul 2024