Türkiyə Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olması üçün ciddi səylər göstərir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Anadolu agentliyinin redaktorları ilə dəyirmi masa müzakirəsi zamanı bildirib.
Fidan qeyd edib ki, Ankaranın regionda gərginliyin qarşısını almaq üçün atdığı fəal addımlar diplomatik sahədə, o cümlədən regional və qlobal oyunçular arasında güc balansının qorunması məqsədi ilə də özünü göstərir.
“Vəziyyətdəki hər hansı dəyişiklik və bölgədəki qeyri-sabitlik Türkiyəyə bu və ya digər şəkildə təsir edir, ona görə də Ankaranın Cənubi Qafqaz da daxil olmaqla dünyanın müxtəlif yerlərində baş verən hadisələrə perspektiv dövlət vizyonu olmalıdır”, - deyə Türkiyənin xarici işlər naziri vurğulayıb.
Bakı 




