• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Hakan Fidan İran XİN rəhbərinin müavini ilə danışdı

DÜNYA

21 May 2024 | 01:11

Hakan Fidan İran XİN rəhbərinin müavini ilə danışdı

Türkiyə xarici işlər naziri Hakan Fidan və İran xarici işlər naziri vəzifəsini icra edən Əli Bagiri arasında telefon danışığı baş tutub.

Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, H.Fidan İran Prezidenti İbrahim Rəisi və XİN rəhbəri Hüseyn Əmir Abdullahianın ölümünə dərindən kədərləndiyini bildirib, dost və qardaş İran xalqına başsağlığı verib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.


SON XƏBƏRLƏR

26 Iyul 2024