• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Kiyevdən Putin və Kim Çenin görüşünə SƏRT REAKSİYA

DÜNYA

20 Iyun 2024 | 00:35

Kiyevdən Putin və Kim Çenin görüşünə SƏRT REAKSİYA

Rusiya Federasiyası ilə Şimali Koreya arasında “strateji hərbi tərəfdaşlığın” imzalanması (və faktiki olaraq qlobal qaydaların birgə məhv edilməsi və digər ölkələrin mülki əhalisinin kütləvi qətlinin təşkili haqqında nümayişkaranə pakt) birtərəfli xarakter daşıyır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen İnin ölkələr arasında tərəfdaşlıq sazişi imzalamasına reaksiya verərkən bildirib.

O qeyd edib ki, sözügedən saziş Pxenyana qarşı tətbiq edilən bütün beynəlxalq qərarlar, qətnamələr və məhdudiyyətlər paketinin birtərəfli və açıq şəkildə ləğvidir.


SON XƏBƏRLƏR