• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İsraildən İranla bağlı ÇAĞIRIŞ

DÜNYA

19 Iyul 2024 | 22:36 | Müəllif: Subhan Mahmudov

İsraildən İranla bağlı ÇAĞIRIŞ

İsrail İranın rəhbərlik etdiyi “şər oxuna” qarşı təkbaşına mübarizə aparır, azad dünya adlanan ölkələr çox gec olmadan Tehrana sanksiyalar tətbiq etməlidir. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrail Katz X səhifəsində yazıb.

"Bu səhər Husi terror təşkilatı tərəfindən buraxılan PUA Təl-Əvivə zərbə endirib, bir mülki şəxs ölüb, 10 nəfər yaralanıb. İran Yəməndə husiləri, Livanda Hizbullahı, Qəzzada HƏMAS və İslami Cihadı, İraq və Suriyada şiə üsyançıları dəstəkləyir, tədris keçir və maliyyələşdirir. Həmçinin İsrailə qarşı daha bir terror cəbhəsi yaratmaq üçün İordaniyaya silah göndərir”, - deyə nazir bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026