• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

“Hansı müəllimə 65 yaşında təqaüdə çıxmaq istəyər?” - Siyavuş Novruzov

CƏMİYYƏT

29 Mart 2024 | 13:28

“Hansı müəllimə 65 yaşında təqaüdə çıxmaq istəyər?” - Siyavuş Novruzov

“Bu gün hansı müəllimə 65 yaşında təqaüdə çıxmaqla razılaşır? Bütün qapıları döyür ki, məni təqaüdə çıxarmayın, hələ mən yeni-yeni bildiklərimi çatdırıram”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin 29 mart 2024-cü il tarixli iclasında deputat Siyavuş Novruzov deyib.

“Hələ universitet müəllimlərini, həkimləri demirəm. 65 yaşda hələ yeni alimlik alanlar var. Ona görə kateqoriyaya bölməliyik. Ağır işlər nəzərə alınmalıdır. 65 yaşlı insan daş daşıya bilməz, ancaq auditoriyada 30 yaşlı insan kimi dərs deyə bilər”.

Sabir Rüstəmxanlı Siyavuş Novruzova cavab olaraq isə deyib ki, təqaüdə çıxmaq işdən məhrum etmək demək deyil:

“Xahiş edirəm bu məsələləri qarışdırmayaq. İnsanlar 60 il işləyib sonra təqaüdə çıxmaq istəyir”.

Aytac Aslan


SON XƏBƏRLƏR

26 Aprel 2024