• Bakı 24° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Harri Keyn "Qızıl buts" mükafatını QAZANDI

İDMAN

27 May 2024 | 10:59

Harri Keyn Qızıl buts mükafatını QAZANDI

"Bavariya" klubunun hücumçusu Harri Keyn 2023/2024 mövsümündə Avropa ölkələrinin liqalarının bombardiri kimi "Qızıl buts" mükafatının sahibi olub.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis futbolçu Almaniya çempionatında mövsümü 36 qolla başa vurub.

Avropada onun ən yaxın izləyicisi “Ştutqart” klubunun forvardı Seru Girassidir (28 qol). Üçüncü yerdə isə PSJ-nin hücumçusu Kilian Mbappe (27 qol) qərarlaşıb.

Qeyd edək ki, 30 yaşlı ingiltərəli forvard geridə qalan mövsümdə Münhen klubunun heyətində ümumilikdə 45 matçda meydana çıxıb. Bu oyunlarda o, 44 qola, 12 məhsuldar ötürməyə imza atıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyun 2026