• Bakı 24° C

    6.08 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Hava dəyişkən buludlu olacaq, arabir tutulacaq

CƏMİYYƏT

24 Yanvar 2023 | 12:09 | Müəllif: Qalib İbrahimoğlu

Hava dəyişkən buludlu olacaq, arabir tutulacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ETSN Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

    Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

    Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    15 Oktyabr 2026