Uzun illər müəllimlərin işə qəbul imtahanında (MİQ) səhv cavabların düzü aparması qaydası olmayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.
O qeyd edib ki, təhlil prosesində bəzən asan, orta sualları belə cavablayan bilməyən şəxslərin çətin sualları cavabladığı müşahidə edilib.
"Bunun səbəbi təsadüfi seçmələrdir. Cavabl bilməsə belə, təsadüfi cavabı seçir. Biz istəyirik ki, imtahanda belə təsadüfi seçimlər yox, həqiqi biliklər sərgilənsin. Bütün bu halların qarşısını almaq üçün səhvin düzü aparması qaydası tətbiq edilir", - deyə N.Mehdiyeva əlavə edib.
















