• Bakı 15° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT

CƏMİYYƏT

04 May 2024 | 16:27

Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT

Sabah Bakıda və Abşeron yarımadasında havanın arabir tutulub açılacağı gözlənilir. 

Bakıvaxtı.az xəbər verir ki, səhər saatlarında, əsasən saat 10:00-12:00 radələrində bəzi yerlərdə zəif yağış yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətinin direktoru Nazim Mahmudov bildirib ki, gün ərzində mülayim cənub-şərq küləyinin əsəcəyi, küləyin sürətinin saniyədə 7-12 metr olacağı, arabir 14-16 metr təşkil edəcəyi, havanın temperaturunun 17-21 dərəcə isti olacağı gözlənilir.

Xidmət rəsmisi “Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarından geyimlərini hava şəraitinə uyğun seçmələrini tövsiyə edib.


SON XƏBƏRLƏR

17 May 2024