• Bakı 19° C

    0.74 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Həbsdəki oğluna narkotik keçirmək istədi - FOTO

HADİSƏ

31 Mart 2022 | 11:30

Həbsdəki oğluna narkotik keçirmək istədi - FOTO

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Bakıvaxtı.az-a Xidmətdən məlumat verilib.

Bildirilib ki, Cinayət Məcəlləsinin 234.4.3-cü (Narkotik) maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Tərlan Taleh oğlu İslamova anası Bakı şəhər sakini Sara Əvəz qızı İslamova tərəfindən gətirilən sovqata baxış keçirilən zaman, orada olan maykaya xüsusi üsulla hopdurularaq gizlədilmiş ümumi çəkisi 0,250 qram olan heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Həbsdəki oğluna narkotik keçirmək istədi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026