Şəmkirdə bıçaqlanma baş verib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.
Orta yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.















