• Bakı 13° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

23 yaşlı gənc minaya düşdü

HADİSƏ

28 May 2022 | 19:29

23 yaşlı gənc minaya düşdü

Mayın 28-si saat 18 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 1999-cu il təvəllüdlü Xəyal Abdullayevin çoxsaylı qəlpə yarası alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Füzuli rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən xəbərə görə, aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan Xəyal Abdullayevin rayonun Gorazıllı kəndi ərazisində minaya düşməsi nəticəsində xəsarətlər alması müəyyən edilib.

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026