• Bakı 21° C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Polis əməkdaşı minaya düşdü - YENİLƏNİB

HADİSƏ

27 Iyun 2022 | 11:00

Polis əməkdaşı minaya düşdü - YENİLƏNİB

İyunun 26-sı saat 20 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İlham Salmanov rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində xidmətdə olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

DİN-in Mətbuat xidmətindən Bakıvaxtı.az bildirilib ki, o xəstəxanaya yerləşdirilib, ayaq nahiyəsi topuqdan aşağı amputasiya olunub:

"Hazırda həyatı üçün təhlükə yoxdur".

Faktla bağlı araşdırma aparılır.

*** 26 iyun, 23:02

İyunun 26-da saat 21 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı 1989-cu il təvəllüdlü İlham Salmanov xidmətdən kənar vaxtda Füzuli rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb.
Xəsarət almış polis serjantı İlham Salmanov xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti qənaətbəxşdir.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.


SON XƏBƏRLƏR

23 Aprel 2024