• Bakı 25° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Hərbi hissə komandiri Kəlbəcərdə MİNAYA DÜŞDÜ - YENİLƏNİB

HADİSƏ

26 Iyul 2022 | 20:15

Hərbi hissə komandiri Kəlbəcərdə MİNAYA DÜŞDÜ - YENİLƏNİB

Kəlbəcərdə mina partlayışı ilə bağlı cinayət işi açılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kəlbəcər hərbi prokurorluğunun məlumatında deyilir.

İyulun 26-sı Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri Vüqar İsbəndiyarovun minaya düşməsi barədə məlumat daxil olub.

Hərbi prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla Vüqar İsbəndiyarovun rayonun Cəmilli kəndi ərazisində xidməti vəzifələrini icra edərkən piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

***

19:46

İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsbəndiyarov Vüqar Tofiq oğlu xəsarət alıb.

Bu barədə  Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən bildirilib.

O, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026