Xankəndində baş verən partlayışın səbəbi bəlli olub.
Bakıvaxtı.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yanğın oksigen avadanlığı sexində baş verib. Güclü partlayışlara səbəb isə yüksək təzyiqli hava balonları olub.
Qondarma qurum Xankəndində qanunsuz yaşayan erməniləri panikaya düşməməyə çağırıb.
***14:31
Azərbaycan Respublikasının Xankəndi şəhərində güclü partlayış olub.
Bakıvaxtı.az xəbər verir ki, videolar sosial şəbəkələrin erməni seqmentində yayılıb.
Partlayışın səbəbləri barədə dəqiq məlumat verilmir.
Bəzi məlumatlara görə, hadisəyə qaz balonunun partlaması səbəb olub.
















