• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

HADİSƏ

24 Sentyabr 2022 | 11:38

Oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

Gədəbəydə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, sentyabr ayının müxtəlif vaxtlarında ümumilikdə 3 vətəndaşa məxsus 13 baş ümumi dəyəri 11 min manat olan iribuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini Vaqif Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.


Araşdırmalar zamanı məlum olub ki, şübhəli şəxs heyvanları otlaq sahəsindən oğurlayıb. Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib, iribuynuzlu heyvanlar isə sahibinə qaytarılıb.

Faktla bağlı cinayət işi başlanıb araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026