• Bakı 19° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Ağdaşda “QAZ”a çırpılan maşının sərnişini öldü

HADİSƏ

24 Oktyabr 2022 | 10:34

Ağdaşda “QAZ”a çırpılan maşının sərnişini öldü

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə oktyabrın 23-də axşam saat 19 radələrində rayonun Bulaqotağı kəndi ərazisində qeydə alınıb. Rayonun Hüşün kənd sakini Xəyal Qocayev idarə etdiyi “VAZ-2103” markalı avtomobillə hərəkətdə olan zaman yolun kənarında dayanan “QAZ” markalı avtomobilə çırpılıb. Nəticədə “VAZ”ın sürücüsü və sərnişini-1969-cu il təvəllüdlü Fariz Qarayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Tibbi yardım göstərilməsinə baxmayaraq, F.Qarayev aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026