• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İmişlidə ağır yol qəzası - ölənlər var

HADİSƏ

22 Noyabr 2022 | 20:40 | Müəllif: Subhan Mahmudov

İmişlidə ağır yol qəzası - ölənlər var

İmişlidə iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Ağaməmmədli kənd ərazisindən
keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini, 1986-cı il təvəllüdlü Bayramov Xanlar Xasməmməd oğlu idarə etdiyi “VAZ-21015” markalı avtomobillə hərəkətdə
olarkən qarşısına çıxan itlə tülkünü vurub. Bu zaman avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsu hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, rayon sakini, 1974-cü il təvəllüdlü Bayramov Fariz Gülməmməd oğlu xəstəxanaya çatıdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026