• Bakı 24° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Məktəbdə halı pisləşən şagird vəfat etdi

HADİSƏ

22 Dekabr 2022 | 15:26

Məktəbdə halı pisləşən şagird vəfat etdi

Bu gün saat 13:00 radələrində paytaxtdakı 285 nömrəli tam orta məktəbin VII sinif şagirdinin (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) səhhətində yaranan problemlə bağlı halı pisləşib.

Bakıvaxtı.az xəbər verir ki, məktəbdən bildirilib ki, məktəbin tibb işçisi tərəfindən dərhal həkim tövsiyəsinə uyğun olaraq (məktəbli səhhətindəki problemə görə həkim nəzarətində idi) müdaxilə edilib, ilkin tibbi yardım göstərilib:

"Məktəb rəhbərliyi tərəfindən təcili-tibbi yardım çağırılıb, şagirdin ailəsinə və hüquq-mühafizə orqanlarına məlumat verilib. Ancaq bunlara baxmayaraq təəssüflər olsun ki, şagird təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda vəfat edib". 
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026