• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Doğuşda ölümə görə həkimə cinayət işi açıldı

HADİSƏ

24 Oktyabr 2022 | 10:58

Doğuşda ölümə görə həkimə cinayət işi açıldı

Şirvan şəhər sakini Aytac Miriyevanın 26 avqust 2022-ci il tarixdə “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Ginekologiya və doğum şöbəsində yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılıb.

Şirvan şəhər prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, aparımış araşdırmalarla müəyyən edilib ki, qeyd olunan xəstəxanada mama-ginekoloq həkim vəzifəsində işləyən Sevinc Alışova tərəfindən müayinələr əsasında diaqnozun düzgün təyin edilməməsi, doğuş prosesinin başa çatdırılma üsulunun ona təyin edilmiş diaqnoza uyğun düzgün seçilməməsi, şəkərli diabetlə bağlı iri dölə əsasən tibbi göstəriş əsasında doğuşu cərrahi yolla başa çatdırmaması nəticəsində yenidoğulmuş uşaq ölmüşdür.

Şirvan şəhər prokurorluğunda Sevinc Alışova barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026