• Bakı 10° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Avtomobil dərəyə aşdı -  ÖLƏN VAR

HADİSƏ

24 Oktyabr 2022 | 09:15

Avtomobil dərəyə aşdı - ÖLƏN VAR

Qubada avtomobil dərəyə aşıb, ölən var.

Bakıvaxtı.az xəbər verir ki, hadisə oktyabrın 23-ü saat 18 radələrində Quba-Xınalıq yolunun 57-ci km-də, Xınalıq kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Hacıyev Şıxbaba Gülbala oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobil dumanlı hava şəraitində torpaq yolda idarəetmədən çıxıb. Daha sonra nəqliyyat vasitəsi yolun sağ tərəfində dərəyə aşıb və Nəticədə sürücü bədən xəsarətləri alıb, avtomobildə olan sərnişin - 1978-ci il təvəllüdlü Lalayev Rauf Bədəl oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR