• Bakı 7° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakıda avtomobil 2 qadını vurdu - Ölən var

HADİSƏ

27 Iyul 2022 | 09:27

Bakıda avtomobil 2 qadını vurdu - Ölən var

Bakıda ağır yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, dünən axşam saat 20:45 radələrində Sabunçu rayonu Şəhər şossesində minik avtomobili 2 qadını vurub.

Belə ki, 1996-ci il təvəllüdlü Allahverdili Kənan Anar oğlu idarə etdiyi "Kia-Rio" markalı avtomobillə 1998-ci il təvəllüdlü Dadaşova Afət Yaqub qızı və 1969-cü il təvəllüdlü Hacıyeva Zemfira Hüseyn qızını vurub. Nəticədə Z.Hacıyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026