• Bakı 20° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Ucarda kişi qardaşı oğlunu ÖLDÜRDÜ

HADİSƏ

28 May 2022 | 17:41

Ucarda kişi qardaşı oğlunu ÖLDÜRDÜ

Ucar sakini ehtiyatsızlıqdan qardaşı oğlunun ölümünə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Məlikballı kəndində baş verib.

Məlikballı-Qazıqumlaq avtomobil yolunda, 1987-ci il təvəllüdlü Vüsal Kamil oğlu Məmmədovun idarə etdiyi avtomobilin yanacağı qurtarıb. Əmisi, Xəqani Gülməmməd oğlu Məmmədov qardaşı oğluna yardım etmək məqsədi ilə idarə etdiyi "VAZ" markalı avtomobili arxaya verərkən ehtiyatsızlıq nəticəsində Vüsal Məmmədov iki avtomobilin arasında qalıb. Ağır xəsarət alan zərərçəkən Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Vüsal Məmmədovun vəziyyəti ağır olduğundan o, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.(apa)


SON XƏBƏRLƏR

25 Aprel 2024