• Bakı 18° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9886

    RUB - 2.0473

HƏMAS Misirdə atəşkəs danışıqları üçün əsas tələblərini açıqlayıb

DÜNYA

07 Oktyabr 2025 | 22:03

HƏMAS Misirdə atəşkəs danışıqları üçün əsas tələblərini açıqlayıb

Misirdə HƏMAS və İsrail nümayəndələri arasında keçirilən danışıqların ikinci günündən sonra Fələstin hərəkatı israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsindən əvvəl atəşkəs əldə edilməsində israrlıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Misirin "Al-Ghad" kanalı məlumat yayıb.

Mənbələrinin bildirdiyinə görə, vasitəçilərin də iştirak etdiyi bugünkü məsləhətləşmələr təxminən beş saat davam edib.

"Al Jazeera" HƏMAS-ın rəsmi nümayəndəsi Fauzi Barhuma istinadən Şarm əl-Şeyxdə davam edən danışıqlarda hərəkatın əsas şərtlərini təqdim edib.

O, bildirib ki, HƏMAS nümayəndə heyəti Qəzza xalqının istəklərinə cavab verən razılaşma əldə etmək üçün bütün maneələri aşmağa çalışır.

Hərəkat daimi və hərtərəfli atəşkəs, İsrail qoşunlarının Qəzza zolağından tamamilə çıxarılmasını, humanitar və ərzaq yardımlarına maneəsiz çıxışın təmin edilməsini, köçkünlərin öz evlərinə qayıtmasını və Fələstinin milli texnokrat hakimiyyətinin nəzarəti altında yenidənqurma prosesinin dərhal başlanmasını tələb edir. Bundan əlavə, hərəkat ədalətli məhbus mübadiləsi razılaşması tələb edir.


SON XƏBƏRLƏR