• Bakı 13° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.9561

    RUB - 2.0897

Rutte Trampı tənqid etməyi unutdu - Zaxarova

DÜNYA

06 Noyabr 2025 | 19:00

Rutte Trampı tənqid etməyi unutdu - Zaxarova

Moskvanı Pekinlə əməkdaşlıqda qınayan NATO baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampı ABŞ-Çin sammiti ilə bağlı tənqid etməyi unudub.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

“NATO üzvü olan ölkələrdən heç biri, o cümlədən Ruttenin özü Çinlə əməkdaşlığı dayandırmaq niyyətində deyil. Bir neçə gün əvvəl ABŞ-Çin sammiti keçirildi, amma Rutte Trampı buna görə tənqid etmədi.

Rusiya, Çin və digər böyük qlobal güclər həmişə beynəlxalq hüquqa sadiq olduqlarını bəyan ediblər. NATO öz aqressiv hərəkətləri və qeyri-qanuni koalisiyaları ilə dəfələrlə bu qanunu pozub: saxta bəhanələrlə İraqın işğalı, Yuqoslaviyanın bombalanması və s.”, - diplomat əlavə edib./axar.az


SON XƏBƏRLƏR