• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Həmid Həmidov Bəhram Bağırzadə ilə müsahibəsindən DANIŞDI:  “Söz demək lazımdırsa…”

CƏMİYYƏT

17 Yanvar 2023 | 11:49 | Müəllif: Qalib İbrahimoğlu

Həmid Həmidov Bəhram Bağırzadə ilə müsahibəsindən DANIŞDI: “Söz demək lazımdırsa…”

“İki gündür ki, insanlar Bəhram Bağırzadəni söyür, təhqir edir. Heç bilmirlər niyə və nəyə görə söyürlər”.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Bəhram Bağırzadə ilə edilən məlum müsahibənin müəllifi Həmid Həmidov bildirib.

H.Həmidov qeyd edib ki, ajiotaja səbəb olan müsahibəni B.Bağırzadədən o alıb:

“Biz o müsahibəni Bəhram Bağırzadə ilə dörd il bundan əvvəl etmişik. İki gün əvvəl həmin videomüsahibədən balaca bir fraqmenti İnstagram sosial şəbəkəsində paylaşdıq və bilməzdik ki, belə ajiotaj yaradar. Nə var, Bəhram müsahibədə deyib ki, Bakı mədəniyyəti rayondan gəlmələrə keçməyib. Bəziləri yazır ki, restoranda insanlar gəlib istirahət edə bilməz? Birincisi, müsahibə səhər saatlarında çəkilib və istirahət vaxtı deyildi. Bu saatlarda insanlar restorana gəlib səhər yeməyini yeyib işlərinin arxasınca gedir. Orda o saatda istirahət ab-havası yox idi”.

Jurnalistin sözlərinə görə, müsahibə götürülən məkanda həmin vaxt çoxlu səs-küy olub: “Deyirlər, orda səs-küy yox idi axı, Bəhram niyə elə deyir? Xeyr, həmin vaxt restoranda çoxlu səs-küy var idi. Biz arxa fonda olan səsi çıxarmışıq ki, müsahibədə danışılanlar eşidilsin. Arxa fondakı səs-küyü videodan çıxarmasaydıq siz heç nə eşitməyəcəkdiniz. Müsahibəni qoydum kənara, kimin xoşuna gələr ki, səhər yeməyi üçün getdiyi restoranda yan stollarda hədsiz səs-küy olsun, söyüş eşidəsən”.

Həmid Həmidov bildirib ki, ordakı insanlar ictimai asayişi pozublar:

“İnanın mənə, o müsahibədə siz iştirak etsəydiniz, Bəhram kimi bir kəlmə sözlə kifayətlənməzdiniz, yaxınlaşıb onlara bir-iki kəlmə söz deyərdiniz. Bəhram düz deyirdi, ordakı o səs-küyü edən insanların mədəniyyəti yox idi. Mən əminəm ki, Bəhram haqqında bu cür danışanlar ya müsahibəni görməyib, elə ondan-bundan eşitdiklərinə əsasən təhqir edirlər, ya da baxıb başa düşməyiblər, ya da Bəhramdan xoşları gəlmir. Paradoks ondan ibarətdir ki, dörd il bundan əvvəl deyilən söz bu gün də öz əksini tapır. Cəmiyyətimiz sürətlə aqressivləşir, primitivləşir. Əfsuslar olsun! Ona görə də Bəhrama söz demək lazım deyil. Lazımdırsa, gəlin mənə deyin!”

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026