• Bakı 18° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Fulya Öztürk Azərbaycana təşəkkür etdi - VİDEO

CƏMİYYƏT

16 Fevral 2023 | 11:35

Fulya Öztürk Azərbaycana təşəkkür etdi - VİDEO

Türkiyənin tanınmış aparıcısı Fulya Öztürk Kahramanmaraşda fasiləsiz xidmət aparan Fövqəladə Hallar Nazirliyinin (FHN) mobil hospitalının heyəti və psixoloqlarla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, F.Öztürk azərbaycanlı yardım qrupuna təşəkkür edib.

“Azərbaycanın axtarış-xilasetmə qrupundan olan dostlar, tibb heyəti, psixoloqlar buradadır. Bizi heç yalnız buraxmadınız, Allah sizdən razı olsun”, - deyə F.Öztürk bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. FHN-in xilasediciləri indiyədək dağıntılar altından 53 nəfəri sağ, 729 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026