• Bakı 12° C

    6.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Yazqabağı bu xəstəliklər KƏSKİNLƏŞİR - Həkim AÇIQLADI

CƏMİYYƏT

18 Mart 2023 | 10:13

Yazqabağı bu xəstəliklər KƏSKİNLƏŞİR - Həkim AÇIQLADI

Son günlər əksəriyyət baş fırlanması, ürək bulanması, təzyiqin düşməsi və qalxmasından şikayət edir.

Daxili xəstəliklər uzmanı Həbib Sahratov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, adətən mart ayında - yazqabağı xroniki xəstəliklər daha da kəskinləşir. İmmun sistemi zəif, xroniki xəstəlikləri olan insanlar bu dönəmdə əziyyət çəkirlər:

“Məsələn, qastrit, mədə xorası, mədə yarası, xroniki ürək xəstəlikləri, yüksək təzyiq və ürək bulanması kimi hallar arta bilər. Həmçinin, immun sistemi nisbətən zəif olan insanlarda təzyiqin düşməsi halları müşahidə oluna bilir. Bunların hamısı indiki dövrə aid olan şikayətlərdir”.

Həkim qeyd edib ki, çünki iqlim şəraitinin dəyişməsi, havanın soyuqdan istiyə keçməsi bu tip xəstəliklərdə aktivləşməyə səbəb olur:

“Revmatik xəstələrdə oynaqlarda şişkinlik, ağrı və s. bu kimi şeylər ola bilər. Ona görə, xroniki xəstə olan insanlara bu dönəmdə daha ciddi yanaşmalıyıq. Onlar xüsusən bu aylarda dərmanlarını daha ciddi, müntəzəm qəbul etməlidir”.

Aytac Aslan


SON XƏBƏRLƏR

28 Mart 2024