Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə yeni rəis müavini təyinatı olub.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən Zülfüqar Orucov Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə rəis müavini təyin olunub.
Qeyd edək ki, Zülfüqar Orucov bu təyinata qədər Yardımlı Rayon Polis Şöbəsinin rəisinin xidməti üzrə müavini vəzifəsində çalışıb.
İsmayıl Alısoy
















