• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Dəmir yolunun yarısına qədər uzanan hasarla bağlı RƏSMİ AÇIQLAMA

CƏMİYYƏT

17 May 2023 | 00:38 | Müəllif: Subhan Mahmudov

Dəmir yolunun yarısına qədər uzanan hasarla bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda dəmir yolunun tən yarısının üzərində tikilən daş hasarın görüntüləri sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

Bakıvaxtı.az xəbər verir ki, sözügedən görüntülərlə əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Sənubər Nəzərova "Facebook"da paylaşım edib.

O, QSC-nin infrastrukturunda, nə də istismar olunan dəmir yolu xətlərində belə yolun mövcud olmadığını qeyd edib.

S.Nəzərova bildirib ki, çox güman ki, bu, istismar müddəti bitmiş dalan yoludur:

“Dalan yolu - əsas dəmiryol xətləri ilə birləşən, ayrı-ayrı təşkilatlara, müəssisələrə və ya idarələrə xidmət üçün nəzərdə tutulan dəmir yol xətlərinə deyilir. "Azərbaycan Dəmir Yolları"nın balansında olmayan dalan yollarının saxlanışına, mühafizəsinə, habelə ətraf mühitin təsirlərindən qorunmasına, həmin dalan dəmir yolu üzərində sahiblik və istifadə hüququ olan hüquqi və fiziki şəxslər məsuliyyət daşıyır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026