• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Ermənilərin sərhədçilərimizə atəş açması görüntüləri - ANBAAN VİDEO

CƏMİYYƏT

15 Iyun 2023 | 16:07

Ermənilərin sərhədçilərimizə atəş açması görüntüləri - ANBAAN VİDEO

Sosial şəbəkələrdə Ermənistan ordusunun hərbçilərinin Azərbaycan sərhədçilərinə atəş açması anı ilə bağlı görüntülər paylaşılıb.

Bakıvaxtı.az xəbər verir ki, kadrları Erməni mediası yayıb. Videoda görünür ki, Azərbaycan hərbçiləri Azərbaycan ərazisində bayrağımızı qaldırarkən onlara atəş açılır. Üstəlik bizim hərbçiləri Rusiya sülhməramlıları da müşayiət ediblər.

Qeyd edək ki, bu gün saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Elşən Rüstəmov yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Elşən Rüstəmov hərbi hospitala yerləşdirilib və vəziyyəti hazırda stabildir.

Öz növbəsində Azərbaycan ordusu baş vermiş təxribata qəti cavabını verib. 

Belə ki, 15 iyun 2023-cü il tarixdə “Laçın” sərhəd-buraxılış məntəqəsi istiqamətində Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinə atəş açaraq hərbi qulluqçumuzu yaralamış Ermənistan ordusunun iki snayperi cavab tədbirləri nəticəsində zərərsizləşdirilib.


Ermənilərin sərhədçilərimizə atəş açması görüntüləri - ANBAAN VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026